Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbələrin köçürülməsinin nəticələri açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb.

Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
Son xəbərlər
Bütün xəbərlər »