Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəşmirdəki insidentə görə bəzi uçuşlar ləğv edildi

Bu gün Hindistan Hərbi-Hava Qüvvələri ilə Pakistan arasında baş vermiş insidentə görə “Aeroflot” aviaşirkətinə məxsus “SU6275” tipli təyyarə ilə Moskvadan Banqkoka uçuş ləğv edilib.

“Boeing 777-312” tipli təyyarə Pakistan hava məkanının bağlanması səbəbindən Özbəkistanın paytaxtı Daşkənddə təcili eniş etməli olub.

Pakistan hava məkanının bağlanması səbəbiylə ,Sankt-Peterburq- Krabi (Tailand” reysini həyata keçirən “AzurAir” aviaşirkətinin təyyarəsi Rusiyaya geri qayıdıb. Göyərtədə 30-u uşaq olmaqla 334 sərnişin olub.

Həmçinin, Moskva-Pxuket (Tailand) reysini həyata keçirən “Rossiya” aviaşirkətinə məxsus təyyarə də Daşkənddə məcburi eniş edib.

Bundan başqa, Nyu-Yorkdan Dehliyə uçan “Air India” şirkətinin təyyarəsi də Daşkənd aeroportunda eniş etməli olub.

Qeyd edək ki, Pakistan bu gün Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir.

Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub.

Pakistanda İslamabad hava limanından bütün reyslər, Lahor və digər iri şəhərlərdə isə daxili və beynəlxalq reyslər dayandırılıb.

Hindistan Amritsar şəhərində öz hava sahəsini bağlayıb. Təyyarələr ehtiyat hava limanına və ya geri qayıtmağa məcbur edilir. (Qafqazinfo.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »