Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Artıq təhqirlərindən bezmişdim, bıçağı necə vurduğum yadımda deyil”

Qonuşunu qətlə yerirən gənc məhkəmədə ifadə verib

"Musa həmişə söyüş söyüb, məni hər kəsin içərisində təhqir edirdi. Bu barədə atama bildirdim. Musanın atası rəhmətə getdiyi üçün atam anamı onun anasının yanına göndərirdi. Artıq onun təhqirlərindən bezmişdim”.

Qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılov ifadəsində belə deyib.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır.

Ağaramazan İsmayılov qətlə yetirdiyi Musa Babayevlə qonşu olub. O bildirib ki, bir gün Musa onu görüşə çağırıb. Görüşə gedərkən bıçaq götürdüyünü deyən təqsirləndirilən bildirib ki, məqsədi Musanı bıçaqla qorxutmaq olub: “Lakin görüşəndə məni yenə təhqir edib, döydü. Mən də hadisə zamanı özümdə olmadım, bıçağı necə vurduğum da yadımda deyil".

Zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası isə təqsirləndirilənin çıxışına etiraz edib. O bildirib ki, Arzuman oğlunu tək öldürməyib. Təqsirləndirilən şəxs isə M.Babayevi tək qətlə yetirdiyini vurğulayıb.

O, ifadəsinin davamında deyib ki, M.Babayevi bıçaqladığını ilk dəfə bacısına deyib. Atası xəbər tutandan sonra onu aparıb polisə təhvil verib. Musa cinayət zamanı istifadə etdiyi bıçağı da polisə təqdim edib. Proses martın 6-da davam edəcək.

Hadisə ötən il Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Gənclər arasında davanın zarafat üstündə olduğu bildirilir. A.İsmayılov avtobusda sürücü köməkçisi işləyib. Qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub. Həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »