Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı təbliğatına qarşı Sumqayıt təxribatı gündəmdə - Münasibət
Xocalı soyqırımının 27-ci ildönümünün izdihamlı keçirilməsi, eləcə də sosial şəbəkələrdə, xarici ölkələrdə Xocalı həqiqətlərinin həmvətənlərimiz tərəfindən yüksək səviyyədə işıqlandırılması, erməni təxribatlarının yüksək səviyyədə ifşa edilməsi, nümayiş etidirilməsi onları da hərəkətə keçirdib. Belə ki, ermənilər Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyətini azaltmaq və dünya ictimaiyyıtinin diqqətini bu məsələdən yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə edir, eləcə də öz məqsədlərinə uyğun şəkildə Sumqayıt hadisələrini qabardırlar.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Tarix üzrə fəlsəfə doktoru, "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" monoqrafiyasının müəllifi İbrahim Məmmədov ilk öncə Xocalıda baş verənlərə diqqət çəkib. O, bildirib ki, Azərbaycan Xocalıda baş verən qətliamı, eləcə də erməni cinayətlərini dünyaya çatdırılması istiqamətində işlərini davam etdirməlidir:

"Məsələyə 3 aspektdən baxmağa ehtiyac var. Siyasi, informasiya müharibəsi və hüquqi aspektdən. Siyasi və informativ aspektlərə eyni aspaketdə baxmaq olar. Azərbaycan dövləti dünyanın bugünkü reallığında Xocalı hadisəsinin dünyanın 12 ölkəsi, ABŞ-ın 22 ştatı hökumət və ya parlament səviyyəsində, Böyük Britaniya və Şimali İrlandiya Krallığına daxil olan Şotlandiyanın parlamenti səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımının rəsmən tanınmasına nail olub.

Hüquqi aspektdə gəldikdə isə Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Ekspertlər hesab edirlər ki, Avropa İnsan Haqları Məhkəməsinin bu qərarına istinadən onu daha da dərinləşdirmək olar. İkincisi, Azərbaycan hərbi prokurorluqda Xocalı hadisəsinin istintaqını aparır. Milli məhkəmə müstəvisində bu cinayətin araşdırılıb hökm çıxarması mümkün və vacib sayılır. Bu sonrakı proseslərə təkan verə bilər. Üçüncüsü, BMT-nin beynəlxalq ədalət məhkəməsidir. Ancaq, bu BMT TŞ-dan asılı olduğu üçün həyata keçirilməsi çətin görünür. Ancaq, düşünürəm ki, milli məhkəmədə qərar çıxarıb daha əlverişli zamanı gözləmək və paralel olaraq beynəlxalq səviyyədə aparılan işi davam etdirmək lazımdır".

Həmçinin İbrahim Məmmədov Sumqayıt hadisələrinin Xocalı ilə heç bir əlaqəsinin olmadığını bildirdi və əlavə etdi ki, Mixail Qorbaçovun silahdaşı da Sumqayıt hadisələrinin Azərbaycnla heç bir əlaqəsi olmadığını və o hadisələrin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribatı olduğunu etiraf edib:

"Ermənilərin Sumqayıt hadisələrini Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi göstərmələrinin heç bir əsası yoxdur. Həmin münaqişənin tərkib hissəsi olan Xocalı hadisəsi ilə də elə bir əlaqəsi yoxdur.

Əvvəla, Sumqayıt hadisələrinin DTK, Qorbaçov və komandasının və ermənilərin birgə təxribatı olması sübut olunmuş bir məsələdir. Qorbaçovun silahdaşı A.Yakovlev deyirdi ki, Sumqayıt talanları DTK-nın təxribatıdır. DTK-nın o zamankı sədrinin müavini Filip Bobkov da deyir ki, bu Qorbaçov və Yakovlevin SSRİ-ni dağıtmaq üçün ermənilərlə əlbir olduqları təxribatdır. Yəni, bir-birini ittiham edən hər iki tərəf əslində bir məsələdə həmfikirdirlər: “Sumqayıt talanı Azərbaycandan kənarda planlaşdırılmış təxribatdır!” Xocalını Sumqayıtla qarşı-qarşıya qoymaq isə heç bir halda mümkün deyil. Xocalıda baş verənlər nizami silahlı qüvvələrin, zirehli maşınların köməyi ilə hazırlanmış hərbi əməliyyat planı əsasında dinc insanlara qarşı həyata keçirilmiş kütləvi qırğın aktıdır. Çoxsaylı faktlar var ki,o zamankı Azərbaycan rəhbərliyi bütün gücü ilə Sumqayıt hadisələrinin qarşısını almağa çalışıb. Xocalıda isə S.Sərkisyanın etirafı var ki, planlı şəkildə azərbaycanlıları qırıblar və ermənilər dinc əhaliyə əl qaldırmaz kimi, ona qədər olan stereotipləri aradan qaıldırıblar. Bu fakt Tomas de Vaalın ""Qara bağ” kitabında da əks olunub".

Politoloq Nəzakət Məmmədova isə Bizimyol.info-ya açıqlamasında bildirir ki, Azərbaycan hökumətinin təbliğatçılıq istiqamətində gördüyü işləri qənaətbəxş hesab etmək olar:

"Azərbaycan hökumətinin gördüyü işlər qənaətbəxşdir, hətta deyərdim ki, ermənilər qondarma "soyqırım" iddialarına bizdən xeyli tez, təxminən 1965-ci ildən başlayıb, bu tarixi ona görə xüsusi qeyd edirəm ki, saxta "soyqırım"ın guya 50 illiyində Ermənistanda "soyqırım" abidəsi qoyuldu, eyni zamanda həmin il Uruqvay dünyada "erməni soyqırımı"nı tanıyan ilk oldu.

Bundan sonra ermənilər xüsusi vəchə gələrək, bütün güclərini səfərbər edib "soyqırım" təbliğatına başladılar. Artıq 60 ilə yaxındır ki, bu proses davam edir. Lakin Azərbaycan cəmi bir neçə ildir bu işləri həyata kecirsə də, bizim təbliğatımız onlardan heç də geri qalmır, əksinə bir sıra məsələlərdə onlardan üstün mövqedəyik".

Azərbaycanın Xocalı həqiqətlərini dünyaya çatdırmaq çabalarının qarşısına Sumqayıt təxribatlarını çıxartmasından danışan politoloq inanmır ki, onların bu təbliğatı nəticə versin:

"Düşünmürəm ki, ermənilərin Sumqayıt təbliğatı ciddi nəticələrə səbəb olacaq, cünki hər kəs bilir ki, bu, böhtan və yalandan başqa bir şey deyil.

Sumqayıt hadisələrindən ermənilərin yalançı təbliğat üçün istifadə cəhdləri 30 ildən çoxdur ki, davam edir, lakin gördüyümüz kimi Azərbaycan üçün hüquqi məsuliyyət yaratmayıb və yarada bilməz. Əksinə, Azərbaycan erməni cinayətkarların məsuliyyətə cəlb edilməsi uğrunda iş aparır və inanmaq olar ki, gec-tez bu sahədə ədalət qələbə çalacaq.

Təbii ki, Sumqayıt və Xocalı hadisələri tamamilə fərqli, müqayisəolunmaz məsələlərdir. Sumqayıtda ermənilər təxribat məqsədilə öz millətindən olanları xüsusi siyahı üzrə qətlə yetirib, bunu azərbaycanlıların boynuna atmışdılarsa, Xocalıda dinc əhali erməni və rus vəhşiləri tərəfindən qətlə yetirilmişlər, soyqırıma məruz qalmışlar. Xocalı hadisəsi 1948-ci il BMT-nin Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılmasına dair konvensiyanın tələblərinə tam uyğundur".

Nəzakət Məmmədova qeyd edib ki, bu kimi cinayətləri törədən canilərin cəzalandırılmasının şahidi olmuşuq, gələcəkdə də beynəlxalq müstəvidə ədalətin bərqərar olacağına, Xocalı cinayətlərini törədənlərin də cəzasını alacağına inanır:

"Biz Nürnberq, keçmiş Yuqoslaviya, Ruanda nümunələrində hərbi canilərin tribunal önünə çıxarılaraq cəzalandırılmasını görmüşük. Bu gün oxşar proseslər Ermənistanda baş verir. Doğrudur, hələ ki, onlar Azərbaycan xalqına qarşı törətdikləri, bəşəriyyət əleyhinə ən ağır cinayət olan soyqırım və müharibə cinayətlərinə görə tribunala verilməyib. Lakin ilkin mərhələdə sterotiplərin qırılması və özlərini toxunulmaz hesab edən bu cür nalayiq şəxslərin, qatı cinayətkarların istintaqa cəlb olunması özü də gələcəkdə beynəlxalq səviyyədə ədalətin təntənəsinə olan inamı artırır".

Bizimyol.info

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
Son xəbərlər
Bütün xəbərlər »