Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvətə görə icra nümayəndəsinə 6 il həbs tələbi

Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanova prokuror 6 il azadlıqdan məhrumetmə cəzası istənilib.

Bizimyol.info xəbər verir ki, o, dələduzluq və rüşvət verməkdə təqsirləndirilir.

Cinayət işinə Balı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılır.

Prokuror çıxışında bildirib ki, A.Osmanov dələduzluq əməllərini 2007-2009-cu illərdə törədib və cəza təyin etmə müddəti başa çatdığına görə, bu əməllərinə görə ona cəza təyin edilə bilməz.

Prokuror A.Osçanovun Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə təqsirləndirilən A.Osmanovun zərərçəkmişlərlə barışdığı məlum olub.

Proses martın 1-də davam etdiriləcək.

Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham verilib.

A.Osmanov ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »