Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN Polşa vətəndaşının adını "qara siyahı"dan çıxardı

Polşa Respublikasının vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

O, məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib.

K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib. (Report.az)

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »