Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesiyaya giriş pullu olacaq - turistlərdən beziblər

Venesiyada şəhər rəhbərliyi turist axınının qarşısını almağın bəsit yolunu tapıb. Şəhərə giriş pullu edilir.

Bizimyol.info xəbər verir ki, Venesiyanın kommunal şurası mayın 1-dən ödənişli sistemə keçmək qərarı verib. Şuranın üzvü Covanni Custo iclasdan sonra bu haqda məlumat verib.

UNESCO-nun ümumdünya irsi obyektlərindən sayılan Venesiyaya girişin pullu edilməsi çoxdan müzakirə olunur. Keçən ilin aprelində şəhər meri Luici Brunyaro turistlərin axınını tənzimləmək üçün xüsusi tədbirlər planının lazım olduğunu demişdi.

Custo deyir: “Bu tədbir şəhərimizdə sivil turizmi inkişaf etdirmək məqsədi daşıyır. Mayın 1-dən şəhərə giriş ödənişli olacaq, sonra isə ən azı bir il təcrübənin nəticələrini yaxından izləyəcəyik. Bu, tədbirin effektivliyini göstərərsə, biz davam edəcəyik”.

Şuranın üzvü bildirir ki, bu haqda qərar hələ dekabrda parlamentdə 2019-cu il üçün dövlət büdcəsi haqda qanun layihəsinin müzakirəsi zamanı qəbul olunub. Onun sözlərinə görə, yığılan məbləğ Venesiyanı yaxşı təmin etməyə sərf olunacaq. Xüsusilə turistlərin yaratdığı böyük zibil qalıqlarını yığışdırmağa ciddi vəsait lazımdır. İlk mərhələdə hər turist 3 avro ödəyəcək. İstənilən halda gələcəkdə bu məbləğ 10 avronu keçməyəcək.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »