Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanla Pakistan müharibənin bir addımlığında

Asiyanın iki nüvə dövləti, on illərdir Kəşmir bölgəsinə görə münaqişə vəziyyətində olan Pakistanla Hindistan arasında hərbi əməliyyatların yeni fazası başlayıb.

Bizimyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, dünəndən etibarən Hindistan Hərbi Hava Qüvvələri Kəşmir bölgəsində, Pakistanın nəzarətində olan ərazilərlə sərhəddə radikal islamçı “Ceyş əl-Muhammed” qruplaşmasının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Çoxməqsədli “Miraj-2000” qırıcıları ilə endirilən zərbələrə Pakistanın hava hücumundan müdafiə qüvvələri cavab verib.

Pakistan hərbi qaynaqları bildiriblər ki, bu gün səhər saatlarında iki Hindistan təyyarəsi vurulub. Məlumata görə təyyarələr “mübahisəli” sayılan Kəşmir bölgəsində Pakistanın hava sərhədlərini pozublar.

“Təyyarələrdən biri Azad Kəşmir əyalətində, digəri nəzarət xətti rayonunda düşüb”-Pakistan silahlı qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur Tvitter-dən bildirib. Onun sözlərinə görə, Hindistan Hərbi Hava Qüvvələri İslamabadın zərbələrindən sonra nəzarət xəttini pozmuşdu.

“Reuters” Pakistan hərbçilərinin azı bir Hindistan təyyarəsini vurduğunu təsdiqləyir. Xəbərə görə pilotlardan biri əsir götürülüb. Təyyarə yerə düşərkən baş vermiş partlayışın nəticəsində bir mülki şəxsin də həlak olduğu bildirilir.

Pakistanla Hindistan arasında münasibətlər fevralın ortalarından pisləşib. Fevralın 14-də Hindistanın hərbiləşdirilmiş polis qüvvələrinin avtomobil karvanı Kəşmir ştatında “Ceyş əl-Muhammed” qruplaşmasının hücumuna məruz qalıb. İntiharçı-terrorçu içərisinə partlayıcı doldurulmuş avtomobillə hərbçiləri daşıyan karvana çırpılıb.

Xarici KİV-lərin yaydıqları məlumata görə Hindistanın Hərbi Hava Qüvvələri də Pakistanın F-16 qırıcısını vurub. Hindistan tərəfi təyyarənin ölkənin hava məkanını pozduğunu bildirir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »