Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bazarda ərzaq məhsulları bahalaşıb -Video

2019-cu ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 0,7 faiz bahalaşıb.

Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb.

Müstəqil ekspertlər isə bildirirlər ki, bu ilin yanvar ayının yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib. Qiymət artımları idxal edilən məhsullar ilə yanaşı yerli mallarda da qeydə alınmaqdadır.

Bizimyol.info-ya danışan “Təzə bazar”ın satıcıları qiymət artımının olduğunu etiraf edərək bazarda durğunluq yaşandığını deyiblər.  Əksər satıcılar “sən Allah bizdən qiymət soruşma” deyib, yaxasını kənara çəksə də, ürəyini bizə açanlar da oldu. Bildirildi ki, onlar da qiymət artımın əleyhinədirlər. Amma məhsulun alış qiyməti və vergi ödənişlərinin artması nəticəsində qiymət artımı qaçılmaz olub.

“Bazarda alıcı qıtlığı var. Biz bunu da yaxşı anlayırıq. Əhalidə pul yoxdur. Alan da 100-200 qram alıb gedir. Elə günlər olur ki, alver etmirik. Bi rgündə 50 manat alver edəndə papağımızı göyə atırıq”,-deyə satıcılardan biri bildirib.

Öyrəndik ki, qiyməti ən çox dəyişən məhsullar arasında kartof birincidir, soğan isə ikincidir. Müştərilərə təklif olunan məhsulların qiymətiləri aşağdakı kimidir:

Soğan – 1,50 manat,

Kartof - 2 manat

Yerkökü - 2 manat

Çuğundur – 1 manat,

Xiyar - 4 manat,

Pomidor - 3-5 manat,

Göyərti - bir dəstəsi 50 qəpik,

Alma - 1-7 manat,

Heyva - 4-9 manat,

Mandalin - 3-5 manat,

Nar - 3-15 manat,

Armud - 4-7 manat,

Qoz ləpəsi - 12-28 manat,

Fındıq ləpəsi - 10-25 manat,

Badam - 25-28 manat,

Kişmiş - 6-25 manat,

Xurma - 6-25 manat,

Şabalıd - 12 manat,

İqtisadçı ekspert Vüqar Bayramov son günlər müşahidə edilən qiymət artımlarından danışıb. Onun sözlərinə görə, təhlillər göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub:

Vüqar Bayramov

“Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub.

İkincisi, ölkəyə idxal edilən bir sıra məhsullara yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb oldu. Öncədə qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadı yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur. Digər tərəfdən, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər”.

Ramid İbrahimov

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »