Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömrünün çoxunu borc içində yaşayan rəssamın əsəri 36 milyona satıldı - Foto

İmpressionizmin banilərindən sayılan Klod Mone sağlığında əsərlərini lazımı qiymətə sata bilmirdi. Amma indi onun rəsmlərinə milyonlar xərcləyirlər.

Bizimyol.info xəbər verir ki, onun “Palazzo Ducale” (“Hersoqlar sarayı”) əsəri “Sotheby 's” hərracında 36,4 milyon dollara satılıb. Hərrac evinin direktorlar şurasının rəhbəri Helena Nyuman rəsmi əsl şedevr adlandırıb.

Klod Mone, "Hersoqlar sarayı"

Ömrünün çox hissəsini borc içində keçirən Mone bu rəsmi 1908-ci ildə Venesiyaya səfəri zamanı çəkmişdi. Onda rəssam İtaliyadakı bu məşhur sarayın rəsmini üç versiyada işləmişdi. Digər iki nüsxə Nyu Yorkdakı Bruklin və Metropoliten muzeylərində saxlanılır. Əsərin alıcısının adı açıqlanmır.

Klod Mone, fransız rəssam

Londondakı hərracda ən böyük məbləğ də elə Monenin əsəri satışa çıxarılanda səslənib. Çünki alıcılar ümumilikdə hərracda 116,3 milyon dollar xərcləyib. Mone rəsmi çəkəndə 68 yaşı vardı. Fransız rəssam 86 yaşında vəfat edib.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »