Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yanan bina sakinləri otelə yerləşdiriləcək və kompensasiya ödəniləcək" - Açıqlama
"Gilan Holdinq"ə məxsus olduğu deyilən "Qoşa park" yaşayış kompleksində baş verən yanğın nəticəsində zərərçəkənlərdən biri də "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevdir.

Baş verən yanğınla və dəymiş ziyanla bağlı Bizimyol.info-ya danışan Aydın Quliyev deyib ki, evlərə minimum zərər dəyib və bina sakinlərinə verilən məlumata görə dəymiş ziyanın ödənilməsi istiqamətində intensiv işlər aparılır:

"Mənzillərə həransı bir ciddi ziyan dəyməyib. Lakin binanın özünə və infrastrukturuna ciddi ziyan dəyib. Hətta o dərəcədə ki, binanın həmin girişində yaşamaq ümumiyyətlə mümkün deyil. Ona görə də həmin girişdə yaşayan sakinlərin demək olar ki, hamısı hadisə baş verən gündən hərə öz imkanı daxilində başqa yerlərə köçüblər. Həmin girişdən demək olar ki, bütün infrastruktur sıradan çıxıb, qaz, su, rabitə xəttləri, elektrik xəttləri və s.

Kompensasiyanın verilməsi ilə bağlı sözün doğrusu bizə heç nə deyilməyib. Mənim məlumatıma görə isə binanın həmin girişi hissəsində, 24 mərtəbədə, hər mərtəbədə 3-4 ailə olmaq şərti ilə hamısı öz imkanları daxilində başqa yerlərə köçüblər, lakin MTK tərəfindən sakinlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məlumatım yoxdur.

Bina komendatının dediyinə görə şirkətdə bu məsələ ətrafında intensiv müzakirələr gedir, deyilənə görə şirkət yaxın günlərdə binanın bərpa olunması yönündə əsaslı işlərə başlayacaq".

"Qoşa park" yaşayış kompleksinin komendantı Fərid adlı şəxsin bizə verdiyi məlumata görə isə hazırda iclas gedir və bina sakinlərinə dəymiş ziyan ödəniləcək:

"Bina sakinləri otelə yerləşdiriləcəklər və onlara da kompensasiya ödəniləcək. Hazırda iclasdı, otaqda adam çoxdur, bu haqda mən özüm sizinlə əlaqə saxlayıb məlumat verəcəm".

Qeyd edək ki, məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına və müavinlərinə zəng etsək də zəngimizə cavab verilməyib və sonradan onların ərazidə olduqları qeyd edilib.

Xatırladaq ki, fevral ayının 25-də Bakının Yasamal rayonunda yerləşən "Qoşa park" yaşayış kompleksində baş verən yanğın nəticəsində 70 nəfər təxliyyə edilib 5-dən çox şəxsin isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Bizimyol.info

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »