Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İynə vurulandan sonra ölən uşaqla bağlı prokurorluqdan açıqlama

Şabran rayonunda 7 yaşlı uşağın ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, 2011-ci il təvəllüdlü Gülnur Dadaşovanın Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi tərəfindən antibiotik vurulduqdan sonra fevralın 26-da ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri görülüb, məhkəmə tibb ekspertizası təyin edilib. İlkin şahid ifadələri alınıb, istintaq davam etdirilir.

Qeyd edək ki, G.Dadaşovanın əmisi Elman Dadaşovun sözlərinə görə, uşağın boğazı ağrıyıb və qızdırmalı olub: “Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb”. (Qafqazinfo.az)

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »