Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Suriyadakı təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir"

Suriyanın şimalındakı təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsində deyib.

T.Ərdoğan qeyd edib ki, Suriya xalqı Türkiyəyə inanır: "Suriyalılar Türkiyəyə o qədər inanırlar ki, yerli tayfalar təkidlə bizi Menbiçdə tədbirlər görməyə çağırırlar".

Türkiyə prezidentinin sözlərinə görə, hazırda Türkiyənin əsas məqsədi Menbiçin PYD/YPG terror təşkilatından tam azad etməkdir. T.Ərdoğan ABŞ-ı daha əvvəl Vaşinqton tərəfindən terror qruplaşmasının üzvlərinə verilən silahları geri almaq barəsində verdikləri sözü tutmağa çağırıb.

T.Ərdoğan vurğulayıb ki, Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir: "Orada biz olacağıq".(Trend.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »