Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşığın adı torpaq qalmaqalında hallanır – VİDEO
Bakının Binəqədi rayonu Süleyman Sani Axundov 3 A ünvanında yaşayan sakinlər yaşadıqları binanın həyətyani sahəsində yerləşən yaşıllığın bir neçə həftədir zəbt edildiyindən şikayətlənirlər.

Xəzər TV məlumat verir ki, sakinlərin 30 ildən çoxdur həmin sahənin boş bir ərazi olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, orada ağaclar əkərək yaşıllıq zonası salıblar. Ərazini də istirahət yeri kimi istifadə ediblər. Amma indi bu istirahət zonasını hasara alırlar.

Məlumata görə, ərazi Aşıq Ulduz kimi tanınan müğənni Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasarlanmanın qarşısını alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib.

Məsələ ilə bağlı Ulduz Quliyevanın vəkili Tahir Əlirzayev bildirib ki, həmin torpaq sahəsi qanuni olaraq müvəkkilinə məxsusdur. Bununla bağlı əllərində dövlət reyestr xidmətinin çıxarışı da var.

Tahir Əlirzayev, həmçinin, onu da deyib ki, sözügedən ərazidəki ağaclar kəsilməyəcək. Aidiyyəti qurumlar tərəfindən razılıq əldə olunduqdan sonra bir hissəsi başqa bir əraziyə köçürüləcək.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
Son xəbərlər
Bütün xəbərlər »