Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampla görüş ərəfəsində Ina bəd xəbər

Vyetnamda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sayca ikinci görüşə sayılı saatların qaldığı bir vaxtda BMT-nin Təhlükəsizlik Şurasının sanksiya komitəsinin Şimali Koreya ilə bağlı mənfi rəyli hesabat hazırladığı xəbəri yayılıb.

Bu barədə “CBS News” məlumat yayıb.

Telekanalın məlumatına görə, hesabat layihəsində Şimali Koreyanın beynəlxalq sanskiyalardan yayınmaq məqsədilə müxtəlif mürəkkəb texnologiyalardan istifadə etdiyi bildirilir.

İddia edilir ki, Şimali Koreya beynəlxalq məhdudiyyətlərə rəğmən, Suriyaya silah-sursat satmaqla gəlirlərini artırır.

67 səhifəlik hesabat layihəsinin BMT Təhlükəsizlik Şurasının sanksiya komitəsinin ekspertləri tərəfindən hazırlandığı və yanvarın sonundan etibarən məzmunla tanışlıq məqsədilə nüsxələrinin komitə üzvlərinə təqdim edildiyi bildirilir.

Hesabatın mart ayının əvvəlində ictimailəşdiriləcəyi gözlənilir.

ABŞ və KXDR liderləri arasında sayca ikinci görüş 27-28 fevral tarixlərində Hanoy şəhərində keçiriləcək. Bundan əvvəl onlar ötən ilin iyun ayında Sinqapurda bir araya gəlmişdi.

Tramp və In Koreya yarımadasının nüvəsizləşdirilməsi və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində Sinqapurda əldə olunmuş razılaşmalar əsasında növbəti addımları müzakirə etmək niyyətindədir. (Oxu.az)

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »