Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salanı aparan təyyarənin qəzaya uğramasının təfərrüatları məlum olub

Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın olduğu təyyarənin qəzaya uğramasının təfərrüatları məlum olub.

Britaniyanın Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsinin (AAIB) məlumatına görə, qəzaya uğramamışdan bir neçə dəqiqə əvvəl təyyarə 180 dərəcə sərt dönüş edib və sonra 20 saniyə ərzində təqribən 300 metr aşağı enib.

Bütün bu müddətdə pilot Devid Aybbotson kömək üçün siqnal göndərib.

AAIB qeyd edib ki, təyyarənin tapılmış qalıqları onun qəzaya uğramamışdan əvvəl birdən sürət yığdığını və dik vəziyyətdə yerə düşdüyünü göstərir. Pilotun sonadək təyyarəyə nəzarəti əldə saxladığı və onu suya salacağına ümid etdiyi vurğulanır. Qəzanın səbəbi indiyədək də aydınlaşdırılır.

Qeyd edək ki, Emiliano Salanın olduğu təyyarə yanvarın 22-də qəzaya uğrayıb. Futbolçu uçuşdan əvvəl dostuna göndərdiyi mesajda təyyarənin yolda qəzaya düşəcəyindən qorxduğunu yazıb. (Report.az)

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »