Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksika Venesuela böhranının həll üçün danışıqlara ev sahibliyi edə bilər

Meksika Venesueladakı böhranı aradan qaldırmaq üçün aparılacaq danışıqlara ev sahibliyi etməyə hazırdır.

Bu barədə paytaxt Mexiko şəhərində keçirdiyi mətbuat konfransında ölkə Prezidenti Andres Manuel Lopes Obrador bildirib.

“Meksika hər hansı ölkədə sülhün bərqərar olması üçün dialoqa həmişə dəstək verə bilər. Bunun üçün qapılarımız daim açıqdır”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Meksika Prezidenti Venesueladakı böhranı dinc yolla aradan qaldırmaq üçün beynəlxalq hüquq normalarına, daxili işlərə müdaxilələrə yol verməməyə əsaslanan dialoqun zəruri olduğunu dəfələrlə bəyan edib. (Report.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »