Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günorta yatmağın faydası varmı?

ABŞ-dakı Dyuk universitetinin və Sinqapur milli universitetinin alimləri gərgin dərs proqramı fonunda gündüz yuxusunun yeniyetmələrin idrak qabiliyyətinə və sağlamlığına necə təsir göstərməsini araşdırıblar. Belə nəticəyə gəliblər ki, bu yuxu zehni qabiliyyəti yaxşılaşdırır.

Yeniyetmələrə hər gün 8-10 saat yatmaq tövsiyə olunur. Amma tədqiqatlar və fəal sosial həyata görə onlar çox az yatmaq məcburiyyətində qalırlar. Sinqapur alimləri maraqlı düstur təklif edirlər. Onlar hesab edir ki, gecə 6,5 saat yatmaqdansa, gecə 5 saat, üstəgəl, gündüz yarım saat rejimi daha məqsədəuyğundur.

“Sleep” jurnalının yazdığına görə, alimlər konkret eksperiment də keçiriblər. Eksperimentdə 15-19 yaş arası 58 yeniyetmə iştirak edib. Onlar bir neçə gün tibb işçilərinin müşayiəti ilə xüsusi yataqxanada qalıblar. Polisomnoqraf yeniyetmələrin yuxu rejimi haqda hesabat hazırlamağa kömək edib. Hesabatda yazılıb: “Gecə 5, gündüz 1,5 saat yatanlar özünü gecə 7 saat yatanlardan daha yaxşı hiss edirdi. Onlar yuxulu görünmürdülər, məhsuldarlıq, informasiya qəbul etmə qabiliyyəti yüksək idi. Gün ərzində əhvalları da yaxşı olurdu”.

Amma bu rejimin də öz qüsurları var. Yuxunun gecə və gündüz prosesinə bölünməsi qanda şəkər miqdarını bir az artırır. Yəni şəkər xəstəliyinə tutulmaq ehtimalı da müəyyən qədər artır.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »