Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İnstagram”da ən populyar qadının kimliyi açıqlandı

“İnstagram”ın ən məşhur kişi istifadəçisi Kriştiano Ronaldodur.

Portuqaliyalı futbolçunu bu sosial şəbəkədə 150 milyon adam izləyir.

Kriştiano Ronaldo

Bizimyol.info xəbər verir ki, “İnstagram”ın ən populyar qadın siması amerikalı müğənnidir. Ariana Qrande qadınlar arasında birinci yeri ələ keçirib. O, Selena Qomesi geridə qoyub. İndi Qrandeni 146 milyon adam izləyir. Amma Qomesi çox geridə qoymaq mümkün olmayıb. Onları cəmi 19 min izləyici ayırır.

Arianaya yeni albomu lap çox düşərli olub. Albomun işıq üzü görməsindən sonra izləyicilərin sayı 13 milyon nəfər artıb.

Bir məsələ də var ki, Selena son vaxtlar səhhəti ilə əlaqədar “İnstagram”a çox vaxt ayıra bilmir. Qrande isə əksinə, bu sosial şəbəkədə fəallığa xüsusi diqqət verir. Amerikalı müğənni auditoriyasının genişlənməsi üçün çox iş görüb. Onun ümumi cədvəldə ən yaxın izləyicisi ilə fərqi artıracağı gözlənilir.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »