Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arxeoloqlardan maraqlı tapıntı: Tülkülər əvvəllər ev heyvanı imiş

Adətən, rəvayətlərdə eşidirdik ki, yırtıcı heyvanların bəzisi nə vaxtsa insanlarla birlikdə yaşayıb. İspaniyadakı qazıntılar isə yırtıcıların ev heyvanı olması faktını ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, Pireney yarımadasında dəfn yerlərində tülkülərin insanlarla birgə həyatının nişanələri tapılıb. Yarımadanın şimal-şərqindəki qalıqlar dişi tülkülərin insanların sevimli ev heyvanı olmasından danışır.

Qəbirlər eramızdan əvvəl üçüncü minilliyin sonu, ikinci minilliyin əvvəlindən qalıb. Qəbirlərinin əksərində insan qalıqlarının yanında it sümükləri diqqət çəkir. Müəyyən hissədə tülkü qalıqları görünür. Arxeoloqlar qalıqların qida rasionlarını araşdıranda maraqlı nəticə üzə çıxıb. İnsanlar heyvanların dördü ilə yeməyini bölürmüş. Bunların arasında it də var, tülkü də. Tülkülərin bir neçəsi isə hələ də vəhşi həyatı sürürmüş.

Ümumiyyətlə, bürünc dövrünün tədqiqatları göstərir ki, insanlar tülküləri əhliləşdirməyə çalışıb. İtlərlə təlim daha uğurlu alınıb. Bəzi tülkülər də insanları yaxına buraxıb.

Barselonadan çox da uzaq olmayan Kan-Roketa adlanan yerdə maraqlı tapıntı diqqət çəkir. Burada yaralı tülkü qalığı çox şeydən xəbər verir. İnsanlar ona tibbi yardım göstəriblər, pəncə yarasını sarıyıblar.

Son xəbərlər
Bütün xəbərlər »