Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sibirdə rekord temperatur qeydə alındı

Qlobal istiləşmə dünyanın ən soyuq bölgələrindən sayılan Sibirdən də yan ötmür. Qərbi Sibirdə fevral üçün son bir əsrin ən isti dövrü müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, fevralın ikinci yarısında Sibirin ayrı-ayrı hissələrində hətta müsbət temperatur qeydə alınıb. Məsələn, qışda möhkəm şaxtalarla seçilən Novosibirsk vilayətində fevralın 20-də temperatur +2 dərəcəyə çatıb. Kemerovo vilayətində və Altayda hətta +6 dərəcə də görünüb.

Hərçənd, ay belə yumşaq başlamamışdı. Fevralın ilk dekadasında Sibirdə kəskin soyuqlar qeydə alınmışdı. Sonra vəziyyət dəyişdi. Qərbi Sibir Hidrometeorologiya mərkəzinin mətbuat katibi Renad Yaqudin ənənəvi qərb və cənub-qərb hava axınının geri qayıtdığını deyir. Sadəcə, qəribədir ki, bu axın temperaturu yalnız yüksəldir.

Yaqudin martda temperaturun daha da artacağını deyir. Yeni ayın ilk günü lap isti olacaq.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »