Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 yaşında oğurlanan uşaq 31 il sonra ailəsinə qovuşdu

Çində kişi doğma ailəsini 31 il sonra tapıb. Onu 1988-ci ildə yaşadığı ərazidə oğurlamışdılar.

Bizimyol.info xəbər verir ki, Çenya Syuepina oğurlananda 3 yaşında imiş. Quyçjou vilayətində tikintidə işləyən valideynləri onu nə qədər axtarsalar da, tapa bilməmişdilər. Onlar bütün pullarını axtarışa sərf etmişdilər. Çenyanın valideynləri bir məsələdə lap ağıllı davranıblar. Onlar ilk imknadaca DNT analizlərini polisə veriblər. Məhz bu analiz Çenya ilə qovuşmağa kömək edib.

Syuepina bu müddətdə Hebey vilayətində yaşayıb. Onun adını da dəyişiblər, Tsin Yuytsze ediblər. Çenya bir az ağlı kəsəndən sonra valideyn saydığı adamlara oxşamadığını anlayıb. Onlar hətta sözləri də fərqli deyirmiş.

Hər şeyə təsadüf nəticəsində aydınlıq gəlib. Syuepina keçən il işə düzəlmək üçün DNT analiz təqdim edib, beləcə, polis oxşarlıqdan xəbər tutub. Fevralın əvvəllərində bir daha analiz keçirilib. Bundan sonra Çenyanın valideynləri ilə görüşü təşkil olunub.

Sosial şəbəkələrdəki videoda görüşün necə emosional alınması görünür. Valideynləri onu möhkəm bağrına basaraq, uzun müddət ağlayırlar.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »