Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri səhnələşdirilir

Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” mənzum faciəsi Türkiyədə səhnələşdirilir.

Bizimyol.info xəbər verir ki, tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin musiqisini isə Aygün Səmədzadə bəstələyib.

Hazırda məşqləri davam edən səhnə əsərinin mart ayında tamaşaçılara təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, 1918-ci ildə yazılan "İblis" əsəri Hüseyn Cavidin yaradıcılığında mühüm yer tutur və əsərdə işğalçı müharibələrə lənət yağdırılıb.

Bizimyol.info

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »