Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər gün pendir yeməyin faydaları

Səhər yeməyində süfrəmizdən əskik etmədiyimiz qidalardan birincisi pendirdir.

Hər gün pendir yeməyin sağlığımıza hansı təsiri olduğunu bilirsiniz bəs? Bizimyol.info E-tibb.az-a istinadən pendirin faydalarını sadalayır.

Metabolizmanı sürətləndirir

Pendirin tərkibində bol miqdarda olan B vitamini metabolizmanı normallaşdırır. B12 vitamini isə beynin fəaliyyətini artırır və orqanizmin dəmiri daha yaxşı həzm etməsinə səbəb olur.

Əzələləri formalaşdırır

Pendirin tərkibində yavaş həzm olunan və əzələ ağırlığının artmasına kömək edən kazein adlı protein var. Bir çox idmançının yatmazdan qabaq pendir yeməsinin səbəbi budur. Bundan əlavə, pendir uzun müddət özünüzü enerjili hiss etmənizi təmin edir. Orqanizm üçün lazım olan gündəlik protein miqdarı pendirin tərkibində olduğu üçün vegetarianların da üstünlük verə biləcəyi qidadır.

Arıqlamaq asanlaşır

2015-ci ildə aparılan araşdırma zamanı nizamlı şəkildə idmanla məşğul olmadıqda belə, pendirin arıqlamağa kömək etdiyi aşkarlanıb.

Qadınların reproduktiv orqanları inkişaf edir

Süd məhsulları, xüsusən də pendir protein, kalsium və D vitamini ilə zəngindir. Hər gün pendir yemək menstruasiyanın nizamlı şəkildə olmasına kömək edir və hormonların pozulmasının qarşısını alar. Daim pendir yemək süd vəzi xərçəngi riskini belə, azalda bilir.

Sümüklər daha güclü olacaq

Gündəlik qəbulu məsləhət görülən kalsium miqdarının 28%-i pendirin tərkibində var. Eyni zamanda metabolizma və sümük toxuması üzərində müsbət təsirə malikdir.

Qan şəkəri səviyyəsi sabit qalacaq

Pendirin tərkibində qan şəkəri səviyyəsini normal saxlayan maqnezium var. İkinci tip diabet xəstələri üçün çox faydalıdır. Çünki orqanizmin xəstəliklərlə mübarizə aparmasına kömək edir.

Ürək-damar sisteminə faydalıdır

Maqnezium qan şəkəri səviyyəsini normallaşdırmaqla yanaşı, ürək-damar sisteminə də müsbət təsir edir. Arterial təzyiqi normada saxlayaraq, qanın laxtalanmasının da qarşısını alır.

İflic riskini azaldır

Pendirin tərkibində olan potasium bədənin su balansını artırır, narahatlıq hissini azaldır və sinirsel impulsların yayılmasında rol oynar. Daim potasium qəbul etmək qan təzyiqini aşağı salır.

Son xəbərlər
Bütün xəbərlər »