Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Problemli kreditlərin həlli bank sektorunu da inkişaf etdirəcək” - Deputat

Problemli kreditlərin həlli təkcə vətəndaşın deyil, eyni zamanda bankların da üzləşdiyi ciddi problemləri həllini tapmış olacaq.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili, YAP beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sevinc Fətəliyeva bildirib.

“Azərbaycan əhalisinin, xüsusən də aztəminatlı və həssas təbəqəsinin sosial müdafiəsnin gücləndiirlməsi, rifah halının yaxşılaşdırılması ölkə başçıısnın sosial sahədə yürütdüyü siyasətinin prioritetini təşkil edir. Bunlarla yanaşı olaraq cəmiyyətimizi narahat edən sosial məsələlərdə hər zaman ölkə başçısının diqqət mərkəzində olub və bu problemlərin həlli istiqamətində qərarlar verib. 2018-cilin sonu və 2019-cu ilin əvvəlindən etibarən Azərbaycan prezidenti tərəfindən davamlı olaraq bu sahə ilə bağlı fərman və sərəncamlar imzalayaraq, onların cəmiyyətdə tətbiqi sahəsində genişmiqyaslı işlər həyata keçirilməkdədir. Bu istər vətəndaşların məşğulluq sahəsi, istər pensiyaların, müavinətlərin, təqaüdlərin, minimum əməkhaqqılarının,şəhid ailələrinə birdəfəlik kompensasiyanın verilməsi, şəhid ailələri və Qarabağ veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması və sair bu kimi qərarları misal çəkmək olar. Cəmiyyəti narahat edən sosial məsələlərə gəldikdə, Azərbaycan Prezidentinin bir neçə gün bundan öncə çoxmənzilli binaların sənədləşməsinin sadələşdirilməsi ilə bağlı fərmanını misal çəkmək olar. Elə götürək sosial müavinətlərin artırılması ilə bağlı sonuncu sərəncamını... Və ölkə başçısının dediyi kimi biz 2019-cu ildə bu yöndə atılan addımların davamlı olaraq şahidi olcağıq. Çünki Azərbaycan Prezidenti özü də bəyan etdi ki, sosial sahədəki məsələlərin həlli ilə bağlə xüsusi sosial paket hazırlanıb və bu paket də nəzərdə tutulan proqramlar həyatda tətbiq olunacaq”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, ölkə başçısı tərəfindən qəbul edilən qərarlar təkcə adı çəkilən problemin həllinə deyil, eyni zamanda ölkədəki digər sahələrin də həllinə və bu da öz növbəsində ölkənin inkişafına müsbət təsir göstərir:

“Necə deyərlər, verilən fərman və sərəncamlar zəncirvari proses kimi bir-biri ilə əlaqəlidir.Bir məsləninin həlli sosial və iqtisadi sahənin digər istiqamətinin inkişafına təkan verir. Baxın çoxmənzilli binaların sənədləşməsinin sadələşdirilməsi istiqamətindəki problemlərin həlli on minlərlə vətəndaşın öz əmlkalarının tamhüquqlu sahibi olmaqla yanaşı, tikinti sektorunun və bələdiyyələrin fəaliyyətinin canlanmasına gətirib şıxaracaq. Məsələnin həlli nəticəsində bələdiyyə əmlak vergisini toplamaqla öz büdcəsini artıracaq və bu da bələdyyənin fəaliyyətinin inkişafına təkan vermiş olacaq”.

Deputat onu da əlavə edib ki, Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı verdiyi anonsa cəmiyyət tərəfindən çox müsbət qarşılanıb:

“Anonsun verilməsi hələ cəmiyyətdə bir psixoloji ağırlığın aradan qaldırılmasına öz töhfəsini verib. Bildiyniz kimi 2015-ci ilin sonunda baş verən devalvasiyalar hesabına maliyyə və bank sektorunda ciddi sıxıntılar yaşandı. Vətəndaşlar götürdükləri kreditləri qaytarmaqda çətinlik çəkməyə başladılar. Artıq ölkə başçısının dediyi kimi bu istiqamətdə iş gedir və yekunlaşma mərhələsindədir. Cəmiyəti ciddi narahat edən bu məsələ tezliklə həllini tapacaq. Burada ən əsas məqam ondan ibarətdir ki, kreditlərlə bağlı verilən qərarların icrası real olacaq. Azərbaycan Prezidentinin də söylədiyi kimi buna oxşar addımlar digər ölkələrdə də atılıb, ancaq o qərarlar icra olunmayıb. Azərbaycanda isə bu problemin həllində heç bir problem yaşanmayacaq. Bu problemi həll etmək üçün ölkənin yetərincə maliyyə resursları mövcuddur”.

O, əlavə edib ki, bu qərar da digər fərman və sərəncamlar kimi bir problemin həllinə deyil, özü ilə bərabər digrə sahələrin canlanmasına gətirib çıxaracaq: “Problemli kreditlər məsələsi eyni zamanda maliyyə və bank sektorunun inkişaf etməsinə, onun şəffaf fəliyyətinin təmin olunmasına öz müsbət töhfəsini vermiş olacaq”.

Deputat bildirib ki, bütün bunlar heç də bəzi qüvvələrin dediyi kimi bir günə hazır olan məsələlər deyil.

“Belə ciddi bir kompleks tədbirlər planı hazırlayıb həyata keçirmək uzun vaxt və zəhmət tələb edir. Özü də indiki qlobal iqtisadi və maliyyə çətinliyi dövründə...Təsəvvür edin, digər ölkələrdə sosial sahədə sıxıntılar yaşandığı halda Azərbaycanda bu sahədə ciddi uğurlar əldə edilməkdədir. Bütün bunlar bir daha göstərir ki, qlobal iqtisadi, maliyyə sıxıntılarının olmasına baxmayaraq Azərbaycan prezidenti sosial sahədə daha ciddi addımların atmasında maraqlıdır və bunun üçün siyasi iradəyə malikdir. Bundan faydalanan isə ancaq və ancaq Azərbaycan vətəndaşı olacaq”, - deyə S.Fətəliyeva bildirib.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »