Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İşlədiyi şirkətdən mənimsəmədə ittiham edilən menecerə hökm oxundu
Tural Gülüşova şərti cəza verilib və o, azadlığa buraxıldı

Çalışdığı mebel mağaazasında mənimsəməyə yol verməkdə ittiham edilən menecer məhkəmə zalından azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, külli miqdarda mənimsəmədə təqsirləndirilən Tural Gülüşovun cinayət işinə Bakı Ağır Cinayətlətr Məhkəməsində baxılıb. Hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə ona şərti cəza verilib Dövlət ittihamçısı isə çıxışında onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

T.Gülüşov "Modern" mebel şirkətinin Babək prospektində yerlən "Green Wood" mağazasında satış müdiri və menecer vəzifəsində çalışıb.

İttihama görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, şirkətin digər əməkdaşı Əfsanə Rəhmanova ilə qabaqcadan əlbir olaraq şirkətə məxsus malları satıblar, əldə edilən qazancı mənimsəyiblər.

Şirkətə vurulmuş ümumi ziyan isə 108 min manat məbləğində müəyyənləşdirilib. T.Gülüşov məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O qeyd edib ki, dəymiş ziyandan 11 min manatı özü, 10 mini isə R.Rəhmanova ödəyib.

Ə.Rəhmanova hamilə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib və məhkəmənin hökmü ilə şərti cəza alıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »