Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuzda qəzalı vəziyyətdə olan məktəblə bağlı nazirlikdən açıqlama

Sosial şəbəkələrdə 1980-ci ildə istifadəyə verilən və bu günədək təmir olunmayan Tovuz rayon Şah İsmayıl Xətai adına Köhnəqala kənd tam orta məktəbinin durumu ilə bağlı ciddi müzakirələr aparılır.

Bildirilir ki, qəzalı vəziyyətdə olan tədris müəssisəsində qışda uşaqlar qapısı və bacası, divarları uçmuş, istiliyi olmayan otaqlarda dərs alırlar.

Məlumata görə, 640 yerlik məktəbdə hazırda 470 şagird təhsil alır. Məktəbdə 46 müəllim, 27 texniki işçi çalışır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, hazırda Tovuz rayon Köhnəqala kənd orta məktəbinin yenidən tikilməsi üçün müvafiq qurumlarla iş aparılır.

Bizimyol.info

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »