Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşunu bıçaqlayana 3 il həbs cəzası verildi
Binəqıdi rayonu ərazisində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib. Bizimyol.info xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiya bu hokum çıxarıb.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə ötən il Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.

1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib.

Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşları tərəfindən saxlanılan Ə.Bünyatov barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət ittiham edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »