Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubalı kişi həyətində ayı saxlayırmış
Qubada fərdi təsərrüfatda “Qırmızı kitaba” düşən ayı aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, polis tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşən və qəfəsdə saxlanılması qanunla qadağan edilən bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »