Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda içki düşkünü olan kişi həyat yoldaşını ağlasığmaz hərəkət etməyə vadar edib
"Gün ərzində müraciət edən ailələrin heç biri bir-birinə bənzəmir. Son ucu nifrətə, boşanmaya söykənsə də səbəblər müxtəlifdir. Qarşımda ucaboylu başı bağlı iki azyaşlı övladıarı ilə ağlayaraq dərdini danışan gənc xanım əyləşib. Yoldaşı tərəfindən zülmlərə məruz qalıb. Ən dəhşətlisi isə kişinin seksual manyak olmasıdır. Evə gəlməmişdən öncə mesaj yazır ki, mən gələndə telefonda kişilərlə mesajlaşarsan, bu sözləri yazarsan, mən onda dincəlirəm (etik olmayan ifadələr olduğundan yazılanları qeyd etmirik). Qadın bunları utana-utana danışır, mesajları mənə göstərir. Dəhşətə gəlirəm. Qadın yazır ki, evə soğan-kartof al. O, isə əvəzində iyrənc mesajlar yazır. Sonra da bildirir ki, əməl etməsə onu çölə atacaq."

Bu sözləri Xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. Z. Mustafayeva bu kimi hallarla tez-tez rastlaşıqlarını qeyd edib. Təşkilat sədri bildirib ki, belə vəziyyət ailələrdə boşanmalara gətirib çıxarır: "Çox vaxt qadınların söylədiklərini onların fantaziyası hesab edirik. Lakin bunları gözlərimlə gördüyümdən, xanımın halına acımaya bilməzdim. Bu ailədə, övladlarının gözü qarşısında nalayiq hərəkətlər edən atanın övladlarının gələcəyi necə olacaq?" Birlik sədri onu da qeyd edib ki, xanımın həyat yoldaşı ilə profilaktik söhbətlər aparılıb: "O, bütün baş verənlərdə içkini günahlandırdı. İşlə təmin edilməsində köməklik etdik. Artıq içki içmir. Xanımı tikiş sexinə işə düzəltdik. Vaxtaşırı psioloji yardımlar edirik ."

O, vurğulayıb ki, sığınacaqda qalan qadınları çox hissəsini Sumqayıtdan olanlar təşkil edir: "Problemlərin kökünü tapmaq və həlli istiqamətində iş görmək üçün müvafiq icra strukturları ilə birgə fəaliyyət göstərməliyik."

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər