Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada 15 nazir istefaya getmək istəyir
"Daily Mail" yazır ki, Böyük Britaniyanın baş naziri Tereza Mey azı 15 nazirinin üsyanı ilə üzləşə bilər. Mətbuatın yazdığına görə nazirlər bildiriblər ki, əgər baş nazir Avropa Birliyi (AB) ilə razılaşmadan Brexit (Avropa Birliyindən çıxmaq) qərarı verərsə, o zaman kütləvi istefalarla qarşılaşacaq.

Məlumata görə, T.Mey razılaşma olmadan AB-dən çıxması ilə bağlı kütləvi istefaların qarşısını almağa çalışır.

Dünən axşam 23 britaniya qanunvericisi gizli görüş keçirərək, "razılaşma olmyacağı təqdirdə Brexit ssenarisi"ni müzakirə ediblər. Britaniya parlamentinin üzvləri, Meyin sövdələşməni rədd edəcəyi halda, baş nazirdən Brexit hazırıqlarına möhlət almaq istəyirlər.

Xəbərdə bidirilir ki, görüşdə ədliyyə naziri Devid Qayke, pensiya və əmək naziri Ember Radd, o cümlədən biznes işləri üzrə nazir Qreq Klark iştirak ediblər. Digər partiyadan olan nazirlər də razılaşma olmayacağı təqdirdə istefa verməyə hazır olduqlarını bildiriblər. 25 partiya üzvü isə Meyə qarşı "üsyanı" dəstəkləyəcəklərini bildiriblər.

Mənbənin sözlərinə görə, Mühafizəkarlar Partiyasından əgər 20 nazir istefaya gedərsə, bu "Britaniya hökumətinin fəlakətinə" səbəb ola bilər.

Xəbər verildiyi kimi, Britaniya nazirləri Brexit sazişi ilə bağlı baş nazirə ultimatum veriblər.

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »