Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Güllə qucağımda balama dəydi, son dəfə “ay ana” dedi” - Video

27 il əvvəl bu gün Xocalıya zülmət qaranlıq çökür. O qaranlıq ki göy üzündə uçuşan güllələrin işığından başqa heç nə görünmür.

Hadisə şahidlərinin sözlərinə görə, o gün göydən sanki qar deyil, qan yağırdı. Fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərini bir yerə toplanmağa vadar edən o dəhşətli hadisə. İllərin sağalda bilmədiyi yaralar.

Dəstə-dəstə toplaşan Xocalı sakinləri ailəsini, uşağını, yoldaşını götürüb meşəyə doğru qaçanda heç ağıllarına da gəlməzdi ki, ölümdən qaçmaq üçün üz tutduqları yol onları məhz güllə qarşısına aparacaq. Meşədə yollarını itirən sakinlər erməni əsgərləri tərəfindən atəşə tutulur. Yüzlərlə insan kütləvi şəkildə amansızcasına başı, əl-ayağı kəsilərək, gözü çıxarılaraq, güllələnərək qətlə yetirilir.

O gecənin şahidləri deyir ki, erməni əsgərlər azyaşlı uşaqların qollarını kəsib bir-birinə tikirdilər. İnsanların başlarını kəsib yaxınlarının qarşısında oyun oynayırdılar. Əsir götürdükləri insanlara isə dəhşətli işgəncələr verirdilər.

Əsirlikdə qalan Xocalı sakinləri deyir ki, insanların bədənində siqaret söndürürdülər. Qadınların, kişilərin ağzındakı qızıl dişləri bir-bir dartıb çıxarır, bütün sümükləri sınana qədər döyürdülər. İnsanların soyuqdan donan ayaqlarını tapdalayaraq barmaqlarını qoparırdılar.

Bütün bu hadisələri biz 26 fevralda xatırlayırıq. O gecənin dəhşətini yaşayanlar üçün isə ilin 365 günü 26 fevraldır. O gecə baş verənləri bir də Xocalı sakinlərinin öz dilindən eşidin: (0xu.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »