Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsman imkansız şagird və tələbələrin nəqliyyatdan güzəştli istifadəsini təklif edir
Ombudsman Elmira Süleymanova orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi üzrə mexanizmin hazırlanıb, tətbiq olunmasını təklif edib.

ONA-nın xəbərinə görə, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, zəruri ehtiyaclar nəzərə alınmaqla yeni tələbə yataqxanaları bərpa və ya inşa edilməlidir. Sənəddə nəzərə çatdırılır ki, genişmiqyaslı təmir-tikinti işlərinin aparılması ilə yanaşı, respublikanın kənd rayonlarında olan bir sıra məktəb binaları hələ də tədris prosesi üçün yararsız, bəziləri isə qəzalı vəziyyətdədir. İnsan Hüquqları üzrə Müvəkkil qeyd edilənləri, xüsusi ilə respublikanın regionlarına şəxsi səfərləri zamanı şəxsi müşahidələrinə, habelə kollektivlərlə və əhali qrupları ilə görüşlərinin nəticələrinə əsaslanaraq, Təhsil Nazirliyinin Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə regionlarda, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərdə monitorinqlər aparmaqla hələ də qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyənləşdirilərək yenidən qurulması və ya əsaslı təmir olunmasını təklif edib.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› Aclıqdan qız övladlarını satırlar
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »