Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı aktrisadan estetik əməliyyat iddialarına maraqlı cavab

Turkiyədə yaşayan məşhur Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, barəsində yayılan estetik əməliyyat iddialarına sosial media hesabından maraqlı cavab verib. Keçmiş və yeni halının fotoşəkillərini bölüşən Cavadzadə, "Gluteni, hər cür şəkəri kəs, 20 il fasiləsiz idman et ki, sənin də mənim kimi estetik gözəlliklərin olsun",- deyib.

Bu barədə haberturk.com saytı geniş fotoreportaj yayınlayıb.

Cavadzadə ötən aylarda da estetik əməliyyat iddialarına cavab vermişdi. Instagram hesabından 10 il əvvəlki şəkillərini paylaşan məşhur aktrisa bu ifadələri işlətmişdi:

"Şəkillərimin altına nadir hallarda ciddi bir şey yazıram amma bu axşam içimdən gəldi, ciddiliklə bir neçə söz deyəcəyəm. Bunlar telefonda tapdığım 10 il əvvəl çəkilmiş şəkillərimdir. Barəmdə yayılan maqazin xəbərlərinə cavab olaraq onu demək istəyirəm. Gənc, sağlam, işini layiqincə edən bir qadın kimi özümü hər halımla gözəl bilirəm. Fərqi yoxdur kök olum, ya arıq, makiyajlı və ya kosmetikasız, səhər şişliyi ilə, ya da ağlamaqdan gözlərim qızarmış halda olsa belə. Bu günə qədər çox gözəl, ya da çox çirkin görünməyim lazım olan saysız-hesabsız rol oynadım. Yeri gəldi o qədər gözəl çirkinləşdim ki, məni bunun üçün təltif etdilər. Həm də dəfələrlə. Sadəcə, yaşayan, nəfəs alan, bəzən xəstələnən, bəzən yorğun düşən, amma nə olursa-olsun mübarizə aparan uğurlu bir qadın kimi özümü hər halımla sevirəm. Əlbəttə, başa düşürəm ki, hazırladığınız xəbərlərin oxunması üçün maraqlı hala gətirməyiniz lazımdır və mənim buna zərrə qədər etirazım yoxdur".

Bizimyol.info

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Avqustun 2-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »