Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın qaldığı oteli zirehli hərbi maşınlar qoruyur - Foto

ABŞ prezidenti Donald Trampla görüş üçün Vyetnama gələn Kim Çen Inın təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Şimali Koreya liderinin qaldığı “Melia” oteli zirehli texnika ilə qorunur.

Bizimyol.info xəbər verir ki, otelin ətrafına çoxlu tank yığılıb. Təkcə otelin qarşısında dörd zirehli maşın təhlükəsizliyi təmin edir. Bunun üçün xeyli vyetnamlı hərbçi cəlb olunub.

Təhlükəsizlik tədbirləri turistlərin də çox diqqətini çəkib. Onlar otelin qarşısında tanklarla və hərbçilərlə şəkil çəkdirirlər.

Zirehli hərbi maşın

Kim Çen In Vyetnama zirehli qatarda gəlib. Şimali Koreya lideri amerikalı həmkarı ilə ikinci dəfə görüşür. Onların ilk görüşü keçən ilin iyununda Sinqapurda baş tutmuşdu. İkinci görüş isə sabah olacaq. Görüşdə əsas müzakirə mövzusu Şimali Koreyanın nüvə silahından imtinası məsələsi sayılır.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »