Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaur "Bizimləsən"i bağlayır: "Nə qədər günah qazandığımı anladım"

Aparıcı Zaur Baxşəliyev bu mövsümdən sonra "Bizimləsən" proqramının yayımlanmayacağını bildirib.

Axşam.az bildirir ki, verilişinə qatılan imkansız ailənin uşaqlarının "Evimiz olanda şirniyyat yeyərik" sözlər aparıcını pis edib. Zaur proqramda baş verən hadisələrin ona pis təsir etdiyini deyib:

"Bizimləsən" televiziya proqramı

"Dünən evdən bir torba şirniyyat atmışam. Bəzən o qədər nankor oluruq ki, nəyisə atırıq, yemirik. Görün insanlar nəyin həsrətindədirlər. Həyata baxın. Mayın sonu gəlsin, proqramı bitirəcəm. Çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını içimdən keçirirəm. Mənə pis təsir edir. Sadəcə, öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. 3 ayımız qalıb, bitsin, bağlayacam.

"Zaurla Günaydın" verilişinə o qədər tort gətirirlər ki... Deyirəm, nə qədər olar. İndi Allah qarşısında nə qədər günah qazandığımı anladım, geri götürürəm bütün sözlərimi"

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »