Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada təyyarə biletləri bahalaşıb

Təyyarə biletlərinin qiyməti fevral - dekabr ayları ərzində müxtəlif istiqamətlər üzrə 5-33 faiz artıb. "Kommersant"ın məlumatına görə bu, onların elektron satışı xidmətlərində qeyd olunub.

Daşıyıcılar bildirirlər ki, rublun dəyərinin zəifləməsi onların işinə mənfi təsir edib, indi şirkətlər ancaq maya dəyəri həddində işləyirlər. Ekspertlər deyirlər ki, şirkətlər xərclərini ödəmək üçün qiymətləri artırmağa məcbur olub.

"Biletix" məlumatına görə, qiymətlər rusiya reysləri üçün 17 faiz, (11,4 min ilə qədər 13,4 min rubl) beynəlxalq reyslərdə isə 23 faizdən (18,3 min ilə qədər 27,3 min rubl) bahalaşıb. Hazırda ən ucuz qiymət "Aviasales"də qeydə alınıb: Ölkə daxilində 7 faiz (7,4 min qədər) xaricə 5 faiz (47 minə qədər). Ən yüksək qiymət artımı isə "OneTwoTrip"də olub - müvafiq olaraq 33 və 18 faiz həcmində.

Moskvadan Simferopol, Həştərxan və Samaraya uçuş qiymətləri digərləri ilə müqaisədə daha çox bahalaşıb. Barselona Moskva və Peterburq Banqkok beynəlxalq istiqamətləri üzrə marşrutlarda da kəskin qiymət sıçrayışı müşahidə olunub.

Qəzet bəzi istiqamətlər üzrə uçuş biletlərinin ucuzlaşdığını yazıb. Məsələn, Moskvadan Peterburqa və Krasnodardan Tümenə olan hava nəqliyyatında biletlər ucuzlaşıb.

Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »