Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlan təyyarədə sərnişinin ayaqqabısında bütün dünyanı fırlandı

Böyük Britaniya vətəndaşı özü də bilmədən təhlükəli heyvanı Avstraliyadan Şotlandiyaya aparıb. Moyra Boksoll Edinburqa çatanda məlum olub ki, çemodanında ilan var. Sürünən onun ayaqqabısının içində özünə yer tapıbmış.

Bizimyol.info xəbər verir ki, şotland qadın Makkay şəhərində təyyarəyə minib. Boksollun dediyinə görə, çemodanını yığanda orada qəribə heç nə görməyib. Buna görə də ilan üzə çıxanda kiminsə onunla zarafat etdiyini düşünüb. Hətta əvvəlcə bunu oyuncaq sanıb. İlanın köhnə dərisini görəndə isə necə təhlükə ilə üzləşdiyini anlayıb.

İlan təyyarədə 15 min kilometr uçub. Amma Moyranın ciddi narahatlığına əsas yoxdur. Çünki ilan zəhərli deyilmiş. Bu xallı pitonu hətta ev heyvanı kimi də saxlayırlar.

Son xəbərlər
Bütün xəbərlər »