Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şakiranın başı dərddə: Məhkəməyə verdilər

Dünyanın ən məşhur müğənnilərindən sayılan Şakira böyük problemlə üz-üzə qalıb. Onu İspaniyada vergidən yayınmaqda ittiham edirlər.

Bizimyol.info xəbər verir ki, iyunun 12-də bütöv adı Şakira İzabel Mebarak Ripol olan müğənni məhkəmə qarşısına çıxacaq. Barselona vilayətindəki Espluqes-de-Lyobreqat məhkəməsi prokurorluğun altı epizod üzrə iddiasını icraata götürüb.

Söhbət 14,5 milyon avrodan gedir. Prokurorluq hesab edir ki, Şakira Kayman, Virgin adaları, Panama kimi ofşor zonalarda yaradılan 14 şirkətin vasitəsilə gəlirini gizlədirmiş.

Şakira 2011-ci ildən məşhur futbolçu Jerar Pike ilə münasibətdədir. İspaniya vergi institutu kolumbiyalı müğənninin məhz “Barselona”nın oyunşusu ilə münasibətə başlayandan bu fikrə düşdüyünü iddia edir. Şakiranın 2015-ci ilə qədər ofşor zonalardakı şirkətlərin xidmətindən istifadə edərək, vergidən yayındığı bildirilir.

“Forbes” jurnalının versiyasına görə, dünya şou-biznes sektorunun ən varlı 20 qadının siyahısında Şakiranın adı yoxdur. Kolumbiyalı müğənninin 38 milyon dollar sərvəti olduğu qeyd edilir. O, məsələn, Madonnaya (325 milyon dollar), Selin Diona (250 milyon dollar) və Merayya Keriyə (225 milyon dollar) bu kateqoriyada aşkar uduzur.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
››› FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yayıb
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
Son xəbərlər
Bütün xəbərlər »