Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnəklər cinayət törətdi, sahibi yarım milyon avro cərimələndi

Avstriyada inəklər turisti öldürüb. Heyvanların sahibi olan fermer buna görə 490 min avro cərimə ödəməlidir.

Bizimyol.info xəbər verir ki, hadisə Avstriyanın Tirol şəhərində baş verib. Ölən turistin 45 yaşlı qadın olduğu bildirilsə də, onun ad-soyadı açıqlanmır. Turist qadın öz iti ilə birlikdə vadi boyu gəzirmiş. İnəklər iti görəndə özlərini itirərək, qadına hücum edib, onu tapdalayıblar. Nəticədə turist ölüb.

Məhkəmə heyvanların sahibini laqeydlik və səhlənkarlıqda təqsirli bilərək, onun üzərinə qadının ərinə və oğluna kompensasiya ödəmək öhdəliyi qoyub.

Amma fermer özünü təqsirli bilmir. Deyir ki, o, otlağın yanında xəbərdarlıqedici işarələr quraşdırmışdı. Amma məhkəmə hesab edir ki, bu, turistlərin təhlükəsizlikyi üçün yetərli deyil.

Məhkəmənin qərarı regiondakı digər fermerlərin də etirazına səbəb olub. Onlar bildiriblər ki, hasarların tikilməsi bir çox yerlərdə heyvandarlığın sonu demək olar.

Yanvarda Şri-Lankada bir kişi hipnozla fili dayandırmağa çalışarkən heyvanın qəzəbləndirmiş və nəticədə onun tapdağı altında qalmışdı.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »