Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toyuqların 70 faizinin tərkibində bu zəhərli maddə var - Alimlərdən xəbərdarlıq
Amerikanın Qida və Dərman İdarəsinin alimləri belə qənaətə gəlib ki, toyuqların 70 faizindən çoxunda arsen maddəsi var. İdarə toyuqlara vurulan kimyəvi maddələrin sağlamlığımıza ciddi təsir etdiyini açıqlayıb.

ABŞ-da aparılan araşdırma nəticəsində toyuq ətlərində arsen maddəsi tapılıb. ABŞ-da kök toyuqların 70 faizindən çoxunda, əsasən hinduşkalara və toyuq ətinin hissələrinin içinə çəhrayı rəngli parlaqlıq verməsi üçün arsen maddəsi vurulur.

Arsen maddəsinin insan sağlamlığı üçün zərərli olması təsdiqlənsə də, bəzi tərəddüdlər var. Xüsusən, kiçik uşaqlarda nevroloji qüsurlar, böyrək, ağciyər, qaraciyər xərçənginə, ürək-damar xəstəliklərinə səbəb olur. (publika.az)

Son xəbərlər
Bütün xəbərlər »