Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada araşdırma: “fast food” yeməklər psixi problemlər yaradır

Amerikada aparılan araşdırmalar ortaya qoyub ki, “fast food” yeməklərdən həddindən artıq istifadə edənlərdə psixi problemlər yaranır. Araşdırmanın nəticələri Almaniyanın “Focus” jurnalında nəşr olunub.

“Qeyri-sağlam qidalar tez və ya gec mütləq özünü göstərir. Söhbət təkcə fiziki sağlamlığa vurulan ziyandan yox, həm də insanın psixi durumuna təsirindən gedir. Araşdırmalar göstərir ki, qida qəbulu ilə bağlı pis vərdişlər insanın psixi sağlamlığına da mənfi təsir göstərir”, - jurnal yazır.

Bizimyol.info xəbər verir ki, araşdırma zamanı Kaliforniya ştatında telefon vasitəsilə 240 mindən çox insan arasında sorğu keçirilib. Cavablarla insanların həyat tərzi və onların sağlıq durumu müəyyənləşdirilib.

“Araşdırma göstərdi ki, Kaliforniyada yetkin insanların təxminən 17 faizi psixi xəstəliklərdən əziyyət çəkir. Onların da 3.7 faizinin vəziyyəti daha ağırdır. Daha çox qeyri-sağlam yeməklərlə qidalananlar psixi gərginlikdən əziyyət çəkdiyini bildiriblər.

Araşdırmaçılar onu da müəyyənləşdirib ki, şəkərdən həddindən artıq istifadə insanda eyforiya, depressiya kimi vəziyyətlərin yaranmasına gətirib çıxara bilər.

Araşdırmanın əsas müəlliflərindən biri, həkim Cim E.Bant sağlam qidalar insanın psixi durumu üçün başlıca amillərdəndir: “Bu gün psixi xəstəliklərin müalicə metodunda əsas istiqamətlərdən biri xəstələrin qidalanma keyfiyyətinin yaxşılaşdırılması olmalıdır”.

Son xəbərlər
Bütün xəbərlər »