Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azyaşlı məktəblidən anasına təsirli jest - Video

Çində bir oğlan uşağı ona verilən xərclikdən qənaət edərək, anasına brilyant üzük almaq üçün pul toplayıb. Amma ana oğlunun hədiyyəsindən imtina edib. Məqsəd isə toplanan vəsaiti oğlunun gələcəyinə sərf etmək olub.

Bizimyol.info xəbər verir ki, “Sora News 24” portalında bu olayın videosu yayılıb. Görüntülərdə məktəbli oğlan anasını zərgər mağazasına gətirir. Uşaq 8.8 min yuan (təxminən 1300 dollar) pul toplayıb. Onun anası üçün almaq istədiyi üzüyün qiyməti isə 1200 dollar civarındadır. Deyir ki, sinif yoldaşlarının valideynlərinin üzüyü var, anasının onların yanında pis olmasını, utanmasını istəmir.

Anası oğlunun bu davranışından çox təsirlənib. Bununla belə, qadın belə bahalı hədiyyəni qəbul etməyib. Ancaq oğlunun xətrinə dəyməsin deyə, xahiş edib ki, ona təxminən təxminən 8 dollarlıq başqa bir üzüyü alsın.

Uşaq ağlamağa başlayıb, anası onu qucaqlayaraq deyib: “Böyüyüb daha çox pulun olanda mənə indi almaq istədiyin üzüyü alarsan...” Videogörüntülər sosial şəbəkələrdə çox paylaşılıb. Buna şərh verənlər deyir ki, uşağı çox yaxşı tərbiyə ediblər.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »