Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaqarinin qələmi və yazdığı mətn satışa çıxarıldı

Dünyada kosmosa uçan ilk adamın – Yuri Qaqarinin qələmi və onun yazısı olan sənəd Fransada “Cazo” hərrac evində satışa çıxarılıb. Kosmonavtın qələmi və öz əli ilə yazdığı mətnin qiyməti 15-20 min avro müəyyənləşdirilib.

Bizimyol.info xəbər verir ki, sarı metal əlavə olunmuş qələm raket formasındadır. Üzərində isə “SSSR sentyabr 1959” yazısı var. Altda isə qırmızı məxmər kağız və istehsalçının möhürü var. Kağızın üzərində Y.Qaqarinin avtoqrafı – sovet dənizçilərinə ünvanlanmış təbrik yazılıb.

Qaqarinin ölümündən üç gün öncə - 24 mart 1968-ci ildə çəkilmiş 12 fotosu da harraca çıxarılıb. Onların qiyməti isə 5-7 min avro müəyyənləşdirilib. Fotoların biri 1986-cı ildə sovet mətbuatında dərc olunsa da, qalan 11-i heç yerdə çıxmayıb. Ağ-qara fotolarda kosmonavtın özü ilə yanaşı, həyat yoldaşı Valentina və qızları – Yelena və Qalinanın da görüntüləri yer alıb. Fotolar onların evində çəkilib.

“XX əsrin ikinci yarısında yaşayan adanlar arasında Yuri Qaqarinin adı xüsusi çəkilir. Onun qazandığı uğur insanlığın yeni mərhələsini müəyyənləşdirdi. Ona görə də Qaqarin soyadının bütün dünyada məşhur olması təəccüblü deyil, fəxr yaradır. Mən onunla tanışlığı olmuş adamlarla qarşılaşıram. Hamısı da onun haqqında danışarkən belə başlayırlar: “İşıqlı, xeyirxah adam idi”, - hərrac evinin nümayəndəsi Tatyana Barışeva bildirib.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
Son xəbərlər
Bütün xəbərlər »