Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Horadiz bələdiyyəsi cərimələnəcək

Horadiz şəhərində çinar ağaclarının kəsilməsi ilə bağlı Bizim yol saytının sorğusuna ETSN-nin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov cavab verib.

O bildirib ki, Horadiz şəhəri 20 yanvar küçəsində avtomobil yolunun kənarındakı çinar ağaclarının yola doğru əyilərək insanlar və avtomobillər üçün təhlükə yaratdığından Horadiz şəhər bələdiyyəsi tərəfindən ağacların kəsilməsi ilə bağlı Nazirliyin Dövlət Ekspertiza idarəsinə müraciət daxil olub. Müraciət əsasında təhlükə yaradan ağacların hər birinin əvəzinə bir neçə ağacın əkilməsi şərtilə yalnız təhlükə yaradan ağacların götürülməsinə icazə verilib.

Əraziyə keçirilən baxış zamanı verilmiş rəyin tələblərinin yerinə yetirilmədiyi, mövcud qaydalara əməl olunmadığı müəyyən edilib. Bununla bağlı Horadiz şəhər bələdiyyə sədrinin cərimələnməsi barədə qərar verilib. Eyni zamanda kəsilmiş ağacların ətrafında yeni ağacların əkillməsi tələbi qoyulub. Hazırda ərazidə ağacəkmə tədbirləri aparılır.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »