Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naibə Allahverdiyeva: Həkimlərin səhvinə görə ölə bilərdim - Video
Xalq artisti Naibə Allahverdiyevanın halı qəfildən pisləşib.

Bu barədə Oxu.Az-a açıqlamasında N.Allahverdiyeva özü məlumat verib. O, immunitetini gücləndirmək məqsədilə xəstəxanada tibbi yardım aldığını, bundan sonra halının lap pisləşdiyini deyib.

“Narahatlığım qulağımda səslərin olması idi. Təzyiqim gah qalxırdı, gah da enirdi. İmmunitetimi gücləndirmək üçün müalicəyə ehtiyac var idi. Bu səbəbdən klinikaya üz tutdum. Həkimlər intrevenöz (sistem) dərmanlar vurdular. Onlar isə mənə əks təsir göstərdi. Bir neçə saatlıq müalicədən sonra evə gəldim.

Evə gələr-gəlməz vəziyyətim qəflətən pisləşdi. Klinikada həkimlər səhvlərini boyunlarına almırlar. Həkim tibb bacısının, tibb bacısı da həkimin boynuna atır. Özümə gəldikdən sonra bunun üstünə düşüb, araşdırma aparacağam ki, kimin səhvidir.

Biri deyir, reaksiya gedib bədənində, biri deyir, düz vurmayıblar iynəni, biri deyir, bir iynənin içində olan dərman digərinə qatılıb daha sonra vurulmalı idi. Səhhətimin getdikcə daha da pis olduğunu gördükdə, təcili yardım çağırdım.

Məni Toksikologiya Mərkəzinə apardılar. Orada mənə müxtəlif dərmanlar, iynələr vurdular. Çünki belə olduğu zaman insan komaya düşüb, ölə bilər. Sağ olsun həkimlər, mən sanki yenidən doğuldum. İndi çox zəifəm. Özümü hazırda halsız hiss edirəm. Ağrılar var bədənimdə. Bu ağrılar heç vaxt yox idi”.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »