Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış siyasətçi, “NTV”nin qurucularından biri intihar etdi
Rusiyalı politoloq, “NTV” kanalının həmtəsisçisi İqor Malaşenko İspaniyada ölü tapılıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, siyasətçinin ölüm səbəbi rəsmi şəkildə açıqlanmasa da, aparıcı Kseniya Sobçak “Telegram” kanalında onun intihar etdiyini yazıb: “İqor Malaşenko özünü öldürüb. Özümə gələ bilmirəm. Prezident seçkiləri kampaniyasındakı birgə işə görə ona minnətdaram. Fəxr edirəm ki, o, mənim qərargahıma rəhbərlik edib”.

Qeyd edək ki, Malaşenko 2018-ci ildə Rusiyada prezident seçkilərində namizədliyini irəli sürmüş Kseniya Sobçakın seçki qərargahının rəhbəri olub.

Xatırladaq ki, ötən həftə mediamenecerin xanımı Bojena Rınska Malaşenkonun palatadan şəklini paylaşaraq onun nevroloji səbəbdən xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »