Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mallar Gömrük Hospitalı üçün aparıldığından ciddi yoxlama aparmadım”
Dərman vasitələrinin qanunsuz dövriyyəqində və qaçaqmalçılıqda ittiham edilən, aralarında Gömrük Komitəsinin vəzifəli şəxsləri də olan şəxslərin məhkəməsində təqsirləndirilənlər ifadə verib

“Dərmanları Ateş Atanurdan almağımın səbəbi qiymətin ucuz olmağ idi. "Birinci əl idi və ucuz olurdu, amma niyə ucuz olduğunu bilmirdim".

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla bağlı cinayət işi üzrə təqsirləndirilən Anar Məmmədov blə deyib.

Bu iş üzrə xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədli təqsirləndirilir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorlar ittiham aktını elan ediblər.

Elan olunmuş ittihamla təqsirləndirilənlərdən Fikrət Qədiməliyev, Elnur Məmmədov, Fərman Məmmədli, Vasif Xıdırov, Cəmil Mehtiyev özlərini təqsirli bilməyiblər. Anar Məmmədov və Ateş Atanur özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Əlamət Quliyev isə özünü təqsirli bildiyini deyib.

Təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edilsə də, əksəriyyəti indiki mərhələdə ifadə verməkdən imtina ediblər.

Anar Məmmədov isə sərbəst ifadəsində deyib ki, təqsirləndirilənlərdən Türkiyə vətəndaşı Ateş Atanuru tanıyır. O bildirib ki, oğlunun oxuduğu məktəbin direktoru vasitəsilə A.Atanurla tanış olub. “Sonradan bildim ki, Ateş Atanur Bakıya dərman gətirir və birinci əl onda olur. Mən də ondan alıb satırdım. Alınan malın qeydiyyatı mənlik deyildi. Axırıncı dəfə də DTX əməkdaşları bizi saxladı. İlk dəfə idi ki, dərmanı evə qəbul edirdim. Elə həyətdə bizi tutdular. Həmin gün dərman çox idi. Çünki 6 ay idi ki, mal gəlmirdi".

Suallara cavab verən Anar Məmmədov bildirib ki, “Zeytun" şirkəti ilə müqavilə bağlayıb aptek açıb və dərmanları da əsasən "Zeytun" və "Avromed" şirkətlərindən alıb.

Prokurorun sialalrına cavab olaraq A.Məmmədov Ateş Atanurdan aldığı dərmanların Səhiyyə Nazirliyində qeydiyyatdan keçib-keçməməsi ilə bağlı xəbərsiz olduğunu deyib. O vurğulatyıb ki, digər firmalardan dərmanlar eyni qaydada gəlirdi.

Məhkəmədə keçmiş gömrük işçisi Elnur Məmmədov da ifadə verib. O, daha əvvəl Dövlət Yol Polisində inspektor vəzisində çalışıb. Gömrükdə isə leytenant rütbəsi ilə xidmət edib.

Özünü təqsirli bilməyən E.Məmmədov qeyd edib ki, gömrükdə işlədiyi müddətdə heç bir dərmanın qeydiyyata alınması, sənədləşməsi işinə baxmadığını, sadəcə malların gömrükdən çıxışına baxdığını bildirib: “Skanlaşdırma şöbəsində işləyirdim və gələn malları möhürlərə uyğun buraxırdıq. Gömrükdən çıxarılan malların sənədlərində iki möhür olurdu. Gömrükdən buraxılış möhürü də var idisə, biz malın çıxışına icazə verirdik".

Prokurorun suallarına cavab verən E.Məmmədov qeyd edib ki, mal gətirdiyi müddətdə gömrükdə heç bir problem yaşamayan şirkətlərə müəyyən güzəştlər edilib ki, bu güzəştlər də sadəcə həmin şirkətlərin malının çıxarılmasında tezləşdirmə edilməsi idi.

O əlavə edib ki, gömrüklə problemi olmayan şirkətlərə güzəşt edilirdi: “Gömrük Hospitalı da bizim çalışdığımız müəssisəyə daxil idi və daxili inam var idi".

O etiraf edib ki, malları monitordan keçirərkən bütün yüklərə bir-bir baxmayıblar: “Bu da qanunsuz deyildi. Bir neçəsinə baxırdıq və sonra keçirirdik. Seçmə üsulu idi və problemsiz şirkətlərə tətbiq edilirdi".

Suallara cavabında E.Məmmədov nə keçmiş rəisi Sadiq Abdıyevdən, nə də başqa şəxsdən göstəriş almadığını, heç kimi də tanımadığını deyib: "Mən işə yeni başlamışdım. Hələ işin gedişatını da tam öyrənməmişdim. Burada olanlarda Cəmil Mehtiyevi də gömrükdən mal aparan şəxs kimi tanımışam".

Təqsirləndirilən gömrük inspektoru Əlamət Quliyev də səhlənkarlıq göstərdiyini və malları dəqiq yoxlamadığını etiraf edib: "Mənim vəzifəm yüklərə baxış keçirmək olub. Mallar Gömrük Hospitalı üçün aparıldığından mən heç bir ciddi yoxlama aparmadım. Əgər bilsəydim ki, başqa yerə gedir, ciddi şəkildi araşdırardım".

Digər təqsirləndirilən Fikrət Qədiməliyev isə ifadə verməkdən imtina etdiyi üçün məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəni elan edib.

Proses martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »