Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəza keçirmiş hesab etdilər, oyanıb həkimlərlə selfie çəkdi

Antalyada motosiklet səfəri edən bir adam yorğun olduğu üçün yol kənarında yatdı, onu həkimlər oyatdı.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, maraqlı hadisə, Kəpəz rayonu Veteran Bulvarı üzərində günorta saatlarında baş verib. Verilən məlumata görə, motosikleti ilə səfər edən Gökhan Şentürk, Avtomobil 13-cü Bölgə İdarəsi qarşısına gəldiyi zaman motosikletini yolun sağına çəkərək park edib. O, yuxusu gəldiyi üşün cəmənlikdə yatıb. Şentürkün hərəkətsiz bir şəkildə uzandığını görən sürücülər vəziyyəti 112 Təcili Çağırış Mərkəzinə bildirib. Çağırışa gələn tibb briqada üzvləri Şentürkü oyadaraq tibbi müayinə ediblər.

5-6 saatdır yol gəldiyi üçün yorğun olduğunu deyən Şentürk, bundan əlavə də gecə spirtli içki içdiyi üçün başının ağrıdığını, buna görə də qazonlara uzanaraq yatdığını bildirib. Şentürk, jurnalistlərin, "Sizə bir şey oldu güman edilib" sözlərinə qarşılıq, "buna görə çox üzüldüm" cavabını verdi.

Bir müddət oturub özünə gəlməyə çalışan Şentürk, son olaraq sağlamlıq qrupunun önünə keçərək cib telefonu ilə selfie çəkdikdən sonra kaskanı taxıb, motosikletinə minərək yoluna davam edib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »