Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentdən veteranlarla bağlı sərəncam

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılır.

Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamında qeyd olunub. Məlumata görə, aşağıdakı şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırılacaq.

- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına,

- İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş,

- “Leninqradın müdafiəsinə görə” medalı ilə təltif olunmuş,

- “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla).

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »